Ermənistanda koronavirusa yoluxanların sayı 270 mini ötdü

11:50 09.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda son sutkada daha 1 331 nəfər COVID-19-a yoluxub.

 

Hafta.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 271 205 nəfərə çatıb.

 

Son sutka ərzində infeksiyadan 20 ölüm halı qeydə alınıb. Bununla da indiyədək koronavirusdan ölənlərin ümumi sayı 5529 nəfərə çatıb.